İşğalçıların hücumu nəticəsində yaşadıqları mənzilləri itirən ailələrdən müsahibə alınıb.
Müxbirin hesabatına görə, işğalçıların hücumu nəticəsində Cenin düşərgəsində iki fələstinli bacının evi bombalanıb, amma xoşbəxtlikdən onlar bu hadisədən xilas olmağı bacarıblar.
Bu uşaqlar artıq gülmürlər və hələ də bomba səsindən qorxurlar. Cenin düşərgəsindəki bu uşaqların anaları yalnız uşaqlarının psixoloji sağlamlıqlarından ötrü narahatdırlar. Çünki, son döyüşdə baş verənlər çox ağrı-acılı idi. Müxbir deyib: Bu uşaqların oynaya biləcəkləri yeganə şey dağıntılardır. İsrail rejimi iddia edib ki, Cenində müqavimət qüvvələrinə məxusus obyektləri hədəfə alıb. Amma görüntülər yalnıx uşaqların və mülki şəxslərin hədəfə alındığını göstərir.