Sionist hərbiçiləri dünən səhər Cenin şəhəri və düşərgəsinə hücum ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, çox sayda işğalçı hərbiçi Əl-Hədəf, Əl-Cabiriyyat və Cenin düşərgəsinin ətrafına hücum edib, snayperçilər bəzi evlərin damlarında yerləşiblər.
Sionist hərbiçiləri Cenində “Mahir Türkəman” adlı vətəndaşın evinə hücum ediblər. O, şəhid olmuş oğlu və qardaşı oğlu ilə birgə İğvarda avtobusa atəş açmaqda ittiham olunub.
Rejimin bəzi xüsusi təyinatlıları da Cenin düşərgəsi ətrafındakı bir evi mühasirəyə alıblar.
Bir neçə məntəqədə də qumbara, səs və qaz bombalarından istifadə edilməklə sionist hətbiçiləri ilə gənclər arasında ağır toqquşmalar baş verib. Hələlik, bu toqquşmalardakı xəsarətlər və itkilər barədə məlumat verilməyib.