Bazar ertəsi günü səhər, sionist hərbiçilərinin Ceninə və oradakı qaçqın düşərgəsinə hücumu zamanı 3 nəfər Fələstin vətəndaşı şəhid olub, digər 31 nəfər isə yaralanıb.
Xarici KİV-in Fələstin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, Cenin düşərgəsində işğalçılar tərəfindən atəş açılması nəticəsində 3 nəfər Fələstin vətəndaşı şəhid olub, digər 31 nəfər isə yaralanıb.
Bildirilib ki, bu hücumda işğalçılar müqavimət qüvvələrinin cavabı ilə üzləşiblər və onlardan da yaralananlar olub.