İsrailli işğalçılar Qəzzə zolağının şimalında yerləşən Cəbaliya düşərgəsində daha bir cinayət törədiblər.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, sionistlər Qəzzə zolağının şimalında yerləşən Cəbaliya düşərgəsində müqavimət qüvvələri tərəfindən ağır zərbələr aldığından, bu məntəqədəki 2 evi bombalayıblar. Nəticədə, 57 fələstinli şəhid olub və onlarla insan isə yaralanıb.