İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Cəbaliya düşərgəsinə hücum sionist rejiminin uzun hərbi cinayətlər siyahısına başqa bir rüsvayçılıq əlavə edib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejiminin Cəbaliya düşərgəsinə qarşı qəddar hücumuna reaksiya verərək deyib: Bu addım sionist rejiminin uzun hərbi cinayətlər siyahısına başqa bir rüsvayçılıq əlavə edib.
O, beynəlxalq ictimaiyyətdən, xüsusən də BMT və bu təşkilatın Təhlükəsizlik Şurasından irqçı sionist rejiminin ölüm maşınını dayandırmaqda öz beynəlxalq vəzifələrinə təcili olaraq əməl etmələrini istəyib.
Sionist rejiminin ordusu Qəzzə zolağının müxtəlif bölgələrindəki fələstinli vətəndaşlara və dinc əhaliyə qarşı vəhşicəsinə olan hücumlarının davamı olaraq çərşənbə axşamı günü axşam saatlarında bu bölgənin şimalındakı Cəbaliya düşərgəsini bombalayıb. Bunun nəticəsində də onlarla insan şəhid olub və yaralanıb.