Fələstin Qırmızı Aypara Cəmiyyəti, İordan çayının qərb sahillərində işğalçı rejimin qanunsuz olaraq qəsəbə salmasına dəstək olaraq keçirilən yürüşlərdə fələstinlilərlə sionist köçkünləri arasında toqquşmanın olması və azı 121 nəfər fələstinlinin zəhərlənməsi xəbərini verib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, Nablusun “Bita” şəhərciyində yerləşən “Cəbəl Səbih”-də sionist köçkünlərinin nümayişləri zamanı sionistlərlə toqquşmada azı 121 fələstinli yaralanıb və göz yaşardıcı qazın buruna getməsi səbəbiylə zəhərlənib.
Fələstin xəbər mənbləri də sionist rejimi hərbiçiləri tərəfindən, toqquşmaları işıqlandıran müxbirlərin döyülməsini bildiriblər.
Bu hesabata görə, sionist hərbiçiləri Bita şəhərciyi sakinlərinə tərəf göz yaşardıcı qazlar atıblar.
Bu gün Qəzzə zolağının şimalındakı sionist köçkünlər, sionistlərin yaşadığı “Oyatar” şəhərciyinə tərəf yola düşüblər ki, rejimin Nazirlər Kabinetinin sionistlər yaşayan bu şəhərciyə hüquqi mahiyyət verməsini istəsinlər.
Sionist rejiminin ordusu və təhlükəsizlik qüvvələri də köçkünlərin, nazirlərin, sionist rejiminin Parlament üzvlərinin təhlükəsizliyini təmin etmək üçün İordan çayının qərb sahillərinin şimalında Nablusa gedən Ramullah şossesini bağlayıblar.
Netanyahunun başçılıq etdiyi sionist rejiminin radikal sağçı kabinetinin 7 naziri, o cümlədən Maliyyə naziri “Bezalel Smotriç”, Daxili Təhlükəsizlik naziri “İtemar bin Gvir” və Knessetin 20-dən çox üzvü sionist köçkünlərinin qarsısında irəliləyirlər.
Sionist köçkünlər 2013-cü ildə fələstinlilərin torpaqlarına əl uzadaraq onu qəsb etməklə bu qəsəbəni inşa ediblər. Sionist köçkünlərin bu torpaqlara əl uzatmasından sonra fələstinlilərin işğalçı İsrail qüvvələri ilə mübarizəsində 7 nəfər fələstinli şəhid olub.
Sionist rejiminin sağçı və radikal kabinetinin nazirləri İordan çayının qərb sahillərində qəsəbə salınmasının güclü şəkildə dəstəkləyirlər. Beynəlxalq qanunlar və qətnamələrə əsasən bu qəsəbələrin salınması qanunsuzdur. Sionist rejimi fələstinlilərin torpaqlarını qəsb etməklə, bu günə qədər işğal olunmuş İordan çayının qərb sahilləri və Qüdsdə 450-dən çox sionist köçkün qəsəbəsi inşa ediblər.