
Qəzza zolağı mühasirə və bombardman altında boğulduğu bir vaxtda, BMT bəyan edib ki, sionist rejim müharibənin ilk günündən etibarən müstəqil jurnalistlərin Qəzzaya daxil olmasına icazə verməyib.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini xəbərdarlıq dolu açıqlamasında bildirib ki, sionist rejim beynəlxalq media üzərinə ciddi məhdudiyyətlər qoyaraq Qəzzaya çıxışlarını tamamilə qadağan edib.