Birləşmiş Millətlər Təşkilatı verdiyi bir hesabatda Qəzzə əhalisinin dörddə birindən çoxunun aclıq səbəbindən ölümlə üz-üzə olduğunu bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, BMT cümə axşamı günü verdiyi bir hesabatda bildirib ki, hal-hazırda Qəzzədə 570 000-dən çox insan müharibə nəticəsində yaranmış aclıq səbəbindən ölüm halındadır.
Qəzetlərdən birinin hesabatına əsasən, BMT və digər bəzi təşkilatlar tərəfindən cümə axşamı günü dərc olunmuş hesabatda bildirilib ki, Qəzzə camaatının yarım milyondan çoxu, yəni bu bölgə əhalisinin dörddə biri, bölgəyə kifayət qədər qida daxil olmadığından ölümlə üzləşib.
Bu hesabat İsrailin Qəzzəyə qarşı 10 həftədən çox çəkən hərbi hücumunun nəticələrini araşdırıb və yazıb ki, bu bölgənin əhalisinin aclıq həcmi son illərdə Əfqanıstanda və Yəməndəki aclığa yaxın vəziyyətin solğun görünməyinə səbəb olub.
Dünya Qida Proqramının baş iqtisadçısı Arif Hüseyn deyib: “Bundan daha pis ola bilməz. Heç vaxt yeməklə bərabər ola biləcək pis bir vəziyyətə şahid olmamışam, həm du bu sürətlə. Bu hadisə yalnız iki ay müddətində baş verib.”