Birləşmiş Millətlər Təşkilatı dünən (şənbə günü), İsrail rejiminin Qəzzə zolağına qarşı təcavüzkarlığı nəticəsində didərgin düşmüş fələstinli qadınların sayının 1 milyon olduğunu açıqlayıb.
Bu məlumata əsasən, BMT elan edib ki, sionist rejiminin Qəzzə zolağına hücumunda evlərini tərk edərək didərgin düşmüş 1.9 milyon insandan 1 milyonu qadınlar və qızlardır.
Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyəti üzrə Komissiyası verdiyi bir hesabatda Qəzzədəki 2.3 milyon insandan 1.9 milyon nəfərinin evlərini tərk etdiyini və bu didərgin düşmüş insanlar arasından 1 milyonun qadın və qızlar olduğunu bildirib.
Adı çəkilən komissiya Qəzzə zolağında hər saatda iki ananın şəhid olduğuna toxunmaqla yanaşı bildirib ki, sionist rejiminin hücumlarınəticəsində təxminən 10 min uşaq öz valideynlərini itirib.