BMT-nin hesabatına əsasən, Fələstinin sionist rejimi tərəfindən işğal olunduğu vaxtdan bəri azı 1 milyon fələstinli həbs olunub.
BMT-nin işğal olunmuş ərazilərdəki insan haqları üzrə xüsusi məruzəçisi “Françeska Albanese” ötən İyul ayında “azadlıqdan məhrum olma” barəsindəki hesabatını təqdim edən zaman deyib: İsrail 1967-ci ildən bəri təqribən 1 milyon fələstinlini, o cümlədən on minlərlə uşağı həbs edib. Hal-hazırda 5000 fələstinli, o cümlədən 160 uşaq İsrail zindanlarındadır. Onlardan 1100 nəfəri heç bir ittiham olmadan və yaxud mühakimə olunmadan həbsdədirlər.
Fələstin İnsan Haqları Mərkəzi də bildirib ki, 1967-ci ilin İyun ayındakı müharibədən 1988-ci ildəki Fələstinin birinci qiyaminadək 600 mindən çox fələstinli həbs edilib.
Uşaqların Müdafiəsi Üzrə Beynəlxalq Təşkilatın Fələstin bölməsinin hesabatına əsasən, 2000-2009-cu illər ərzində israilli rəsmilər 12-18 yaş arasında olan 6700 fələstinlini həbs ediblər.
Ötən Oktyabr ayının 7-dən indiyədək İsrail bundan əvvəl azad olunmuş əsirlər də daxil olmaqla, 3150-dən çox fələstinlini həbs edib.