BMT-nin xüsusi məruzəçisi Françeska Albanese yeni hesabatında Qəzzada insanların qətliamında işğalçı rejimə yardım edən şirkətlərin uzun siyahısını hazırlayıb.
O, hesabatında yazıb: “Soyqırımı davam edir, çünki bu, bir çoxları üçün gəlir mənbəyidir.”
Dərc olunan siyahıda Lockheed Martin və Leonardo kimi böyük şirkətlərin adları yer alır; hesabatda göstərilir ki, onların silahları Qəzzaya hücumlarda istifadə olunub.
Texnika sahəsində isə Caterpillar Inc və HD Hyundai şirkətləri İordan çayının qərb sahilində və Qəzza zolağında fələstinlilərə məxsus əmlakın dağıdılmasında istifadə olunan avadanlıqları təmin etdikləri üçün qeyd olunublar.