Mediya mənbələri bazar günü bildiriblər ki, sionist rejiminin Nazirlər Kabinetinin radikal naziri, işğal olunmuş Qüdsdə 14 evin dağıdılmasına göstəriş verib.
Xarici KİV məlumat verib ki, bu rejimin Daxili Təhlükəsizlik naziri İtemar bin Gvir, təhrikedici addımlarının davamında işağl olunmuş Qüds şəhərində 14 evin dağılıması əmrini verib.
Bu göstərişin icra prosesi, Qüdsdə yaşayan fələstin vətəndaşı “Muhəmməd Ratib Mətər”-in evinin dağıdılması ilə başlayıb və işğalçı hərbiçilər Qüds Bələdiyyəsinin nəzarəti altında Qüdsün cənub-şərqindəki “Cəbəl əl-Mukəbbir” şəhərində onun evini dağıdıblar.
Bildirilib ki, sionistlər bu evi lisenziyasız tikilmə bəhanəsi ilə dağıdıblar.
Bundan əvvəl də bəzi mənbələr bildirmişdirlər ki, bin Gvir işğal olunmuş Qüdsün şərqində yerləşən, fələstinlilər yaşayan “Əl-xan əl-Əhmər” kəndini dağıtmaq qərarına gəlib.
Bin Gvirin bu qərarı, sionistlərin təcavüzkarlığı və addımlarının yeni dövrünə uyğun olaraq Netanyahunun radikal kabinetinin iş başına gəlməsindən sonra formalaşıb.
Son günlərdə işğal olunmuş Fələstin torpaqları sionsitlərin gündəlik təcavüzləri və müqavimətin buna cavabının ardınca gərginliyin artmasının şahididir.