Yerli mənbələr tərəfindən yayılan video, çərşənbə günü səhər saatlarında işğal olunmuş Qüdsdə işğalçı qüvvələrlə fələstinli gənclər arasında toqquşmalar olduğunu göstərir. Bu hadisədə ordu hərbiçiləri şəhərin şimalındakı “Ram” və “Cəb” şəhərcikləri istiqamətində atəş açıblar.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı hərbiçilər Qüdsün köhnə ərazisindəki Məscidul-Əqsanın qapılarından biri olan “Əl-Məclis” qapısı yaxınlığında fələstinli gənclərlə qarşıdurma yaradıblar. Fələstinli gənclər evdə hazırlanmış qumbaralarla sionist rejimi hərbiçiləri ilə mübarizə aparıblar.
Yerli mənbələr bildiriblər ki, işğalçı hərbiçilər fələstinli gəncləri dar küçələrdə təqib etməklə yanaşı, onlara tərəf səs və qaz bombaları atıblar.
Bu toqquşmada sionist rejiminin ordusu “Ram” və “Cəb”-in hava məkanında çox sayda işıqlandırıcı atıblar.
Bu iki şəhərcik hər gün xalqla sionist rejimi hərbiçiləri arasında Fələstin vətəndaşlarını silah gücünə əzən toqquşmalara şahid olurlar.
İşğalçı hərbiçilərin Fələstin vətəndaşlarına tərəf döyüş gülləri və göz yaşardıcı qazlar atdıqları ilə eyni zamanda, Əl-Xəlildə “Əl-Ərub” qaçqın düşərgəsində də toqquşma baş verib.
İşğal olunmuş Qüds və İordan çayının qərb sahillərindəki şəhərlər, kəndlər davamlı olaraq vətəndaşlarla işğalçı rejimin hərbiçiləri arasında tez-tez baş verən toqquşmalara şahid olurlar. Bu toqquşmalar xüsusən də Mübarək Ramazan ayında fələstinlilərin şəhid olmaları, yaralanmaları və həbs olunmaları ilə nəticələnir.