Fələstin təhlükəsizlik mənbələri İordan çayının qərb sahillərindəki Beyti Ləhmdə sionist hərbiçiləri ilə fələstinlilər arasında toqquşma baş verdiyini bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist hərbiçilərinin Beyti Ləhmdəki Əd-Duhe məntəqəsinə hücumlarının ardınca baş verən bu toqquşmalarda işğalçı qüvvələr fələstinli bir vətəndaşın evinə hücum edərək orada axtarış aparıblar.
Bu hücumun nəticələri, o cümlədən yaralanması və həbs olunması ehtimal olunan fələstinlilər barədə hələ xəbər verilməyib.