İşğalçı sionist ordusunun Livanın müxtəlif bölgələrinə qarşı təcavüzlərinin davamında bu rejimin qırıcıları Beyrutun bir neçə məhəlləsini bombalayıblar.
Beyrutdakı jurnalistlərdən biri Hüseyn əl-Fovaninin sözlərinə əsasən, Beyrutda yerləşən əl-Bəstə məntəqəsindəki bir yaşayış binasının bombalanması nəticəsində azı 11 livanlı şəhid olub və 63 nəfər isə yaralanıb. Beyrut vaxtı ilə sübh saat 4-də baş vermiş bu hücumda 5 raket atılıb.
Həmçinin Livanın cənubunda yerləşən “əl-Xəyyam” şəhərində işğalçı sionist qüvvələri ilə Hizbullah döyüşçüləri arasında şiddətli toqquşmalar daha da şiddətlənib.
Sionist rejimin Livan torpaqlarına qarşı təczvüzləri başlayan vaxtdan indiyə qədər 3645 nəfər şəhid olub və 15355 nəfər isə yaralanıb. Livan müharibəsi başlayandan bəri Livanın 214 tibb işçisi və bir neçə həkimi də şəhid olub.