Livan Səhiyyə Nazirliyi ölkədə peycer cihazlarının partladılmasında 9 nəfərin şəhid olduğunu və 2750 nəfərin isə yaralandığını açıqlayıb.
Livan Səhiyyə naziri “Fəras əl-Əbyəz” ölkənin bir neçə yerində peycer cihazlarının partladılması nəticəsində 9 nəfərin, o cümlədən bir qız uşağının həyatını itirdiyi haqda məlumat verib.
O, əlavə olaraq bildirib ki, bu hadisədə təxminən 2750 nəfər də yaralanıb və onlardan 200-nin vəziyyəti ağırdır. Yaralılar 100 xəstəxanada müalicə olunmaqdadırlar.
Livanın İnformasiya naziri “Ziyad Məkari” bu barədə deyib: Livan hökuməti İsrailin vəhşi təcavüzünü pisləyib və bunun Livanın suverənliyinin pozulması olduğunu bildirib.
O, BMT-dən bununla bağlı üzərinə düşən məsuliyyəti yerinə yetirməsini istəyib.
Medialar həftənin çərşənbə axşamı Livanın bir neçə məntəqəsində (peycer) bir sıra rabitə cihazlarının partlaması barədə məlumat veriblər.