Sionist düşmənin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir müharibənin davam etdirilməsi, Qəzzə zolağının tam işğalı və bu bölgəyə humanitar yardımların tamamilə dayandırılması tələbini irəli sürüb.
Real-israil saytının məlumatına görə, sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında atəşkəs və ya əsir mübadiləsi ilə bağlı istənilən razılaşmaya qarşı çıxdığını bildirərək, bunu tələsik və qəbuledilməz razılaşma adlandırıb.
Sionist rejimin daxili təhlükəsizlik naziri bildirib ki, maliyyə naziri Betsalel Smotriç də onunla eyni fikirdədir. Bu faşist və cinayətkar nazir bir daha Qəzzə sakinlərinə daha çox təzyiq göstərmək üçün humanitar yardımların tamamilə dayandırılması və İsrail ordusunun Qəzzənin hər yerində geniş yerləşdirilməsi çağırışını edib.
İtamar Ben-Qvir Qəzzə zolağına humanitar yardım göndərilməsini böyük səhv adlandırıb və əlavə edib: əgər məqsədimiz Qəzzədə qalib gəlməkdirsə, güclə davam etməliyik və hər cür yardımın göndərilməsinin qarşısını almalıyıq.
Sionist rejimin daxili təhlükəsizlik naziri vurğulayıb: əsgərlərimizin həyatını qorumaq və HƏMAS-ı tamamilə məhv etmək prioritetdir. Müharibə yalnız qəti qələbə və HƏMAS-ın məhvi ilə başa çatmalıdır.
30 iyun tarixində ivrit mənbələri xəbər verib ki, İsrail təhlükəsizlik kabinetinin son iclasında yüksək vəzifəli rəsmilər arasında gərginlik və ciddi ixtilaf yaşanıb; İsrail ordusunun Baş Qərargah rəisi Eyel Zamirin müharibənin genişləndirilməsinin Qəzzədəki israilli əsirlərin həyatını təhlükəyə atacağı barədə xəbərdarlığı, Qəzzədə müharibənin davam etdirilməsində israr edən faşist nazirlər Ben-Qvir və Betsalel Smotriçi qəzəbləndirib.
Sionist rejimin faşist maliyyə naziri Betsalel Smotriç Eyel Zamirə deyib ki, “biz İsraili əsirlərə qurban verməyə hazır deyilik”. Ben-Qvir isə bildirib ki, “heç bir müharibədə əsirlərə görə düşmənin məğlub edilməsinin qarşısı alınmayıb, məqsədimiz HƏMAS-ı məhv etmək olmalıdır”.