İsrailin radikal sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben Qvir çərşənbə axşamı Baş nazir Benyamin Netanyahunu Qətərdə HƏMAS-la dolayı danışıqlar aparan nümayəndə heyətini geri çağırmağa çağırıb.
“Baş nazirdən xahiş edirəm ki, Dohaya HƏMAS qatilləri ilə danışıqlar aparmaq üçün göndərilmiş nümayəndə heyətini dərhal geri çağırsın,” – deyə Ben Qvir danışıqların üçüncü günündə X (keçmiş Twitter) platformasında paylaşım edib.
İordan çayının qərb sahilindəki yaşayış məntəqəsində yaşayan nazir bunun əvəzinə Qəzza zolağına qarşı “tam mühasirə, hərbi əzici zərbə, fələstinlilərin (Qəzzadan kənara) köçməsinin təşviqi və (İsrailin) məskunlaşması” çağırışında edib.
O, bu tədbirləri “tam qələbənin açarı” adlandıraraq, “minlərlə terrorçunun azad olunmasına və (İsrail ordusunun) əsgərlərimizin qanı bahasına ələ keçirdiyi ərazilərdən çıxarılmasına gətirib çıxaracaq məsuliyyətsiz bir razılaşma deyil,” – deyə əlavə edib.