Livandakı xəbər agentliklərindən birinin müxbiri sionistlərin bombardmanları nəticəsində Bəlbəəkdə apteklərin, mağazaların, restoranların və insanların evlərinin geniş şəkildə dağıdıldığı barədə məlumat verib.
Bu məlumata əsasən, cümə günü axşam Bəqa bölgəsində baş verən qanlı bombardmanlarda 52 nəfər mülki şəxs şəhid olub və 75 nəfər isə yaralanıb.
İsrail rejiminə aid qırıcılar bu hücumda ağır və güclü partlayışlara malik bombalardan isifadə ediblər.
Sionist qırıcları Bəqa bölgəsini indiyə qədər 7 dəfə qanlı bombardmanlara məruz qoyublar ki, bunun da nəticəsində onlarla mülki şəxs şəhid olub.