Sionist rejiminin ordusunun cümə axşamı günü Nablusun şərqində yerləşən Bəlatə düşərgəsinə dron hücumu nəticəsində 2 gənc şəhid olub, bir qadın və bir uşaq olmaqla 4 nəfər isə yaralanıb.
Verilən məlumata görə, sionist hərbiçiləri cümə axşamı günü İordan çayının qərb sahillərində yerləşən Bəlatə düşərgəsinə və Şərqi Nablusa hücum ediblər. Bu hücumun ardınca fələstinli gənclərlə sionist hərbiçiləri arasında qarşıdurma yaranıb.
Fələstin Qırmızı Aypara Cəmiyyəti sionist rejiminin cümə axşamı səhər Bəlatə düşərgəsində fələstinli vətəndaşların toplaşdığı yerə dronla hücumu nəticəsində 2 fələstinli gəncin şəhid olduğunu və biri qız uşağı, biri isə qadın olmaqla digər 4 nəfərin də yaralandığını bildirib.
Yerli mənbələr Bəlatə düşərgəsinin sionistlər tərəfindən bombalanması nəticəsində bu düşərgədən olan “Əhməd Şeyx Xəlil” və “Vail Məşih”nin şəhid olduğunu təsdiqləyib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti vurğulayıb ki, tibbi qruplar şəhidlərdən birinin cənazəsini Bəlatə düşərgəsindən Nablus xəstəxanasına göndəriblər. Amma sionist hərbiçiləri onun cənazəsini aparan təcili yardım maşınını saxlayıblar. Sionistlər təcili yardım maşınlarının münaqişə zonasına daxil olmasının və yaralıların xəstəxanaya aparılmasının qarşını alıblar.
Digər tərəfdən də, gecə yarısı Nablusun şərq bölgəsinə hücum edən işğalçı qüvvələr yaralıların xəstəxanaya aparılması üçün təcili yardım maşınlarının hərəkətinə mane olublar.
Qırmızı Aypara Cəmiyyətindəki bəzi mənbələr bildiriblər ki, hz. Yusif (ə) məqbərəsinə hücum edən sionist köçkünlərini qorumaq məqsədi ilə işğalçıların Nablusun şərq bölgəsinə davamlı hücumlarının ardınca, 3 Fələstin vətəndaşı yaralanıb.
Sionist hərbiçilər cümə axşamı günü, həmçinin əl-Xəlil şəhərinin cənubundakı əl-Fəvvar düşərgəsinə və əl-Birə şəhərinə hücum etməklə 2 gənci həbs edilər.
İsrail hərbiçiləri əl-Xəlil şəhərinin Həlhul qəsəbəsinə ağır texnikalarla hücum ediblər.
Düşmənin zirehli maşınları əl-Birə qəsəbəsinə hücum ediblər. Sionist hərbiçiləri isə fələstinli bir gəncin evinə hücum edərək onu həbs ediblər.