Dünən sionist rejimin dəniz qüvvələri tərəfindən qarşısı alınan “Azadlıq Donanması”na məxsus “Madleen” yaxtası ötən gecə İsrailin cənubundakı Aşdod limanına çəkilərək gətirilib. Donanmanın bütün üzvləri, o cümlədən iqlim fəalı Qreta Tunberq də yaxtadan düşərkən görüntülənib.
Donanma iştirakçıları ilkin tibbi müayinədən keçirildikdən sonra sionist rejimin polis orqanlarına təhvil verilib. Onların bu gün Avropadakı ölkələrinə deportasiya olunacağı bildirilib.

