Həftənin çərşənbə axşamı günü səhər vaxtı azad olunan fələstinli uşaqlardan biri, “Muhəmməd Nəzal” olub və o, İsrail həbsxanalarındakı işğalçı qüvvələrin zülmündən danışıb.
Azadlığa buraxılmış məhbus Muhəmməd Nəzal verdiyi müsahibədə bəzən yaddaş pozğunluğu və ölümlə nəticələnən fələstinli məhbuslara verilən işgəncə və əziyyət barədə danışıb.
O, deyib: İsrail bölmələri fasiləsiz olaraq məhbusların otaqlarına hücum edirdilər və onları ağır şəkildə döyürdülər; onun sözlərindən başa düşülür ki, bu kobudluq hamıya, o cümlədən uşaqlara və böyüklərə də şamil olurdu.
O, İsrail həbsxanalarına sağlam halda daxil olub və ağır şəkildə döyüldüyünə görə, sınıq və əzik xəsarətləri alıb.
O, öz sağlamlığı barədə deyib: Barmaqlarımın birində, əlimdə və bədənimdə sınıqlar olduğu məlum olub. Həbsxanadakı sonunu ay mənim üçün sanki 20 il kimi keçdi.
Qeyd etmək lazımdır ki, Nəzal İordan çayının qərb sahillərinin şimalında yerləşən Cenin şəhərinin cənubundakı Qubatiyə sakinidir və o, 3 ay əvvəl həbs olunaraq 6 ay inzibati həbsə məhkum olmuşdu.