Fələstin mənbələri atəşkəs elan olunduğu vaxtdan indiyə qədər (22 Yanvar) Qəzzə zolağında 153 şəhidin cənazəsinin tapıldığı barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin Şəhər Müdafiə Təşkilatı çərşənbə günü verdiyi məlumatda Qəzzədə atəşkəs elan olunandan indiyə qədər bu bölgədə 152 şəhidin cənazəsinin tapıldığını açıqlayıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi (çərşənbə axşamı) bildirib: Ötən 24 saat ərzində 72 şəhidin cənazəsi xəstəxanaya aparılıb. Onlardan 68 nəfəri dağıntılar altından çıxarılıb və bir nəfər isə ağır yaralar nəticəsində şəhid olub.
Bu məlumata əsasən, həmçinin 24 saat ərzində 56 yaralı da xəstəxanaya yerləşdirilib.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyinin açıqladığı son statistakaya görə, 2023-cü ilin Oktyabr ayının 7-dən çərşənbə axşamı gününə (21 Yanvar) qədər Qəzzə zolağında şəhid olanların sayı 47107 nəfərə, yaralıların sayı isə 111147 nəfərə çatıb.
Sionist rejimi ordusu Qəzzə zolağında müharibə və qətliamlardan sonra xəyal etdiyi hədəflərə çata bilmədi və sonda müqavimət qüvvələri qarşısında məğlubiyyəti qəbul edib, atəşkəsə razı oldu.