Qəzzə zolağındakı Mülki Müdafiə Təşkilatı HƏMAS və sionist rejimi arasında atəşkəs elan olunmasına baxmayaraq, sionist rejiminə aid qırıcıların Qəzzənin bəzi bölgələrinə hücumunda azı 71 fələstinlinin şəhid olduğunu açıqlayıb.
Qəzzə zolağındakı Mülki Müdafiə Təşkilatının sözçüsü Mahmud Bəsəl verdiyi müsahibədə bildirib: “Atəşkəs elan olunmasına rəğmən, sionist rejimin hava hücumları dayanmayıb, əksinə artıb.” Bu hücumlarda 71 nəfər şəhid olub və 200 nəfər isə yaralanıb.
Çərşənbə günü axşam İsrail rejimi ilə HƏMAS arasında atəşkəs və əsirlər mübadiləsi üçün əldə olunan razılaşma Qəzzədəki müharibəyə son qoymaq məqsədi ilə üç mərhələni əhatə edir.
Verilən məlumata əsasən, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə baş tutan bu razılaşma Yanvarın 19-dan (bazar günü) etibarən icra olunacaq.