Amerika TV kanallarından biri peyk görüntüləri, videolar və digər dəlillərə istinad edərək sionist rejimi ordusunun Qəzzədəki azı 16 qəbirsanlığa hərbi təcavüz etməsi barədə hesabat verib.
Bu TV kanal peyk görüntüləri və yayılmış videolara işarə edərək bildirib ki, bu kanalın müxbirlərinin araşdırmaları İsrail ordusunun Qəzzəyə qarşı quru hücumları zamanı 16 qəbirsanlığa təcavüz etdiyini göstərir; qəbirləri dağıdıb, qəbirin torpaqlarını alt-üst edib və bəzən də cəsədləri torpağın altından çıxarıb.
Bu hesabatda əlavə olaraq bildirilib: Ötən həftə qarşıdurmaların gərginləşməsinə şahid olan Xan Yunisdə israilli hərbiçilər israilli girovların qalıqları adlandırılan şeyi axtarmaq üçün bir qəbirsanlığa daxil olub, oranı dağıdaraq bəzi cəsədəri qəbirdən çıxarıblar.


Bundan öncə də Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı işğalçıların qəbirlərin geniş şəkildə dağıdılması, onların açılması və cəsədlərin oğurlanmasına səbəb olan Qəzzədəki bir sıra qəbirsanlıqlara olan hücumlarını pisləmişdi.
Bu İnsan Haqları İzləmə Təşkilatı sionist rejiminin sistematik olaraq ölülərin və onların qəbirlərinin hörmətini, beynəlxalq humanitar hüquq əsaslarını, silahlı toqquşmalar zamanı qəbirlərin qorunmasının vacibliyi barəsində olan müharibə qaydalarını pozduğu barədə xəbərdarlıq edib.
Bu ABŞ TV kanalı daha sonra bildirib ki, İsrail ordusunun sözçüsü bu 16 qəbirsanlığın dağıdılması üçün heç bir dəlil təqdim edə bilməyib, amma ordunun bəzən, iddiasına görə HƏMAS tərəfindən hərbi məqsədlər üçün istifadə olunan qəbirsanlıqları dağıtmağa məcbur qaldığını bildirib.
Xarici KİV-in verdiyi məlumata əsasən, bu TV kanal bildirib ki, bu barədə peyk görüntüləri və yayılmış videoları araşdırıb və onun müxbirləri İsrailin hərbi karvanı ilə Qəzzəyə səfərləri zamanı onu görüblər. Sübutlar ümumilikdə bunun “İsrail ordusu tərəfindən sistemli bir prosedur” olduğunu göstərir.