Arizonada 51 yaşlı Adam Kristofer Şif adlı şəxs xristian keşişini çarmıxa çəkərək başına tikan tacı qoyduğu üçün həbs edilib.
Boynunda ibrani əlifbası ilə döymə olan Şif, 10 ştatda 14 xristian dini liderinə qarşı oxşar hücumlar planlaşdırdığını etiraf edib.
Köhnə Əhdi-Müqəddəsə (Əhd-Ətiq) aludə olduğu və Yeni Əhdi-Müqəddəsə (Əhd-Cədid) düşmən münasibət bəslədiyi deyilən Şif bu hücumlar seriyasına “Birinci Əmr Əməliyyatı” adını verib. Hakimiyyət orqanlarının məlumatına görə, o, Sedonada iki katolik keşişi hədəfə almağa gedərkən yaxalanıb.