Sionist rejim ordusu Qəzzə zolağına hücum etdiyi son 3 günlük müharibədə 5 fələstinli uşağı qətlə yetirdiyini etiraf edib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə sionist rejim ordusunun Qəzzə zolağına 3 günlük amansız hücumlarında minimun 44 nəfər şəhid olub və onlardan 15-i uşaqdır. Cinayətkar rejimin Cibaliyanın şərqində yerləşən Əl-Faluca məntəqəsinə etdikləri bir hücumda onlar 5 azyaşlı uşağın qətlinə səbəb olublar.
Fələstin informasiya qaynaqları ötən bazar günü (14 avqust) Qəzzə zolağının şimal bölgələri sionist rejim dronu ilə hədəf atəşinə tutulduqdan sonra 5 azyaşlının ölümünə və bir neçə nəfərinsə yaralanması ilə nəticələnib.
İbri dilli “Haartes” qəzeti bu gün bir xəbərdə elan edib ki, sionist rejim ordusunun analitikasına əsasən, Cibaliyanın şərqində yerləşən Əl-Faluca məntəqəsinə etdikləri bir hücumda onlar 5 azyaşlı uşağın qətlini təsdiqləyiblər.
Bu qəzetin yazdığına görə sionist rejim məmurları etiraf ediblər ki, avqust ayında İslami Cihad Hərəkatına qarşı son konfliktdə 5 azyaşlının ölümünə səbəb olublar.
Cinayətkar sionist rejim hərbi sisteminə agah qaynaqlar da avqustun 7-də Cibaliyanın şərqində yerləşən Əl-Faluca məntəqəsindəki qəbristanlığı yaxınlığında baş verən hadisədə 5 azyaşlının məhz elə İsrailin havadan hücumları nəticəsində qətl edildiyini təsdiqləyirlər.
Bu uşaqların qətlindən bilafasilə sonra bir neçə sionist zabit iddia belə etmişdi ki, bu azyaşlılar İslami Cihad Hərəkatının səhv atışmaları nəticəsində həlak olublar.
Sionist rejimin Qəzzə zolağına “Həqiqi Səhər” adlı hücumu cümə günü axşam saatlarından (5 avqust) “İslami Cihad Hərəkatının” yüksək rütbəli komandiri olan “Təysir Əl-Cəbiri”nin terror edilməsindən sonra başlayıb. Amma sionistlər bu çaxnaşmanın 2 həftə davam edəcəyini dediklərinə baxmayaraq 3 gün sonra (bazar günü) media vasitələri elan etdi ki, Misirin vasitəçiliyi və İslami Cihad Hərəkatının bütün şərtlərinin qəbul olunması ilə atəşkəs haqda müqavilə bağlandı.