Sionist rejim qırıcılarının cümə günü ( 5 avqust) Qəzzə zolağında hücumunda şəhid olanların arasında 5 yaşlı qız uşağı da var.
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə 5 avqust tarixində sionist rejim qırıcıları Qəzzə Zolağında təcavüzkar hücumları zamanı bir neçə nəfər şəhid olub və onların arasında 5 yaşlı qız uşağı da var.
Fələstin tibbi mərkəzləri indiyə qədər bu hücumda 5 nəfər fələstinlininşəhid olduğunu təsdiqləyib. Amma informasiya agentlikləri şəhidlərin sayının 10-20 nəfərə qədər proqnozlaşdırırlar.
Sionist rejim isə yalnız bir neçə dəqiqə əvvəl Qəzzə Zolağında bir neçə məkanı hədəfə aldığı barədə məlumat verib. İsrail mediaları iddia edir ki, ordusu sadəcə “İslam Cihadı”na aid məkanlara hücum keçirib.
Əl-Məyadin Xəbər portalının məlumatına görə sionsit rejim ordusunun hücumu yalnız Qəzzə şəhərinin Burcu-Fələstin məntəqəsində həyata keçib.
Sioist rejim ordusu bəyannamə yayımlayaraq elan edib: Biz “Əməliyyatu Fəcr” adı altında “İslami cihad”ı hədəfə aldıq.
“Əl-Cəzirə “nin məlumatına görə isə sionist rejim qırıcıları Qəzzə Zolağında ayrı-ayrılıqda 3 məkana hücum keçiriblər.
Xatırladaq ki, Sionist rejimin bu hücumu eynilə ötən çərşənbə axşamı günü Cüneyn düşərgəsinə hücumda bir fələstinlinin şəhadəti ilə nəticələnən hücumdan sonra həyata keçib. Həmçinin qəsbkar rejim qüvvələri “İslami Cihad” müqavimət hərəkatının ali komandanlarından biri “Bəsam Əl-Sədi”ni də həbs ediblər.
Bu hücumdan sonra çərşənbə axşamı günü səhər “İslami Cihad”ın bir hərbi qolu olan “Sərayal Qods”un sözçüsü rəsmi bəyanatla çıxış edərək demişdi ki: “Ali rəhbərimiz olan Bəssam Əl-Sədinin canına hər hansı bir zərərin dəyməsi barədə işğalçı rejimə xəbərdarlıq edirik; Təcavüzkarlıq dayandırılmazsa, biz də öz gücümüzlə cavablandıracağıq”.