İşğalçılar qarşısında Fələstin xalqına dəstək məqsədilə Şotlandiyada möhtəşəm velosiped turu başlayıb.
İRİB-nin məlumatına əsasən, dünən (2 Avqust) sionist rejimin işğalı altında olan Fələstin xalqına dəstək məqsədilə 9-cu il olaraq, böyük velotur start götürüb.
Bu böyük velotur hər il 9 gün ərzində 474 km məsafədə keçirilir. Tura dünən Şotlandiyadan start verilib.
Fələstinin tərəfdarları yarışlara gedən yolda bu tura qoşulurlar və Fələstin bayrağını dalğalandıraraq, Fələstin xalqı ilə həmrəyliklərini nümayiş etdirirlər.