İşğal olunmuş Qüdsdəki nəzarət məntəqələrinin birinin yaxınlığında gənc bir fələstinli şəhid olub.
Rəsmi Fələstin mənbələri çərşənbə günü İordan çayının qərb sahillərinin cənubundakı əş-Şuyux şəhərindən olan 28 yaşlı “Qusəy Mahir Halaiqeh”in İsrail rejiminin nəzarət məntəqəsinin yaxınlığında güllələnərək öldürüldüyünü bildirib.
Fələstin Səhiyyə Nazirliyi gəncin cəsədinin sionist qüvvələrinin əlində olduğunu və İsrail qüvvələrinin onun cəsədini təhvil vermədiyini açıqlayıb.
İsrail ordusu verdiyi açıqlamada bu addımı “bıçaqlanma cəhdi” barədə məlumat aldıqdan sonra atdığını iddia edib.
Lakin İsrail ordusu hadisənin sionist qüvvələri arasında heç bir xəsarət almadığını vurğulayıb.
Lakin Fələstin təhlükəsizlik və yerli mənbələr qeyd ediblər ki, atışmadan sonra İsrail qüvvələri gənci uzun müddət heç bir tibbi yardım olmadan yerdə qoyub və o, ağır yaralar nəticəsidə həyatını itirib.
Gənc fələstinlinin şəhid olduğu nəzarət məntəqəsi son illərdə dəfələrlə oxşar hadisələrə şahid olub və işğal olunmuş cənubi Qüdsdə ən qaynar nöqtələrdən biri kimi tanınır. Son aylar və illərdə İsrail rejiminin nəzarət məntəqələrinə hücum cəhdi ittihamı ilə çoxsaylı fələstinlinin şəhid olması halları qeydə alınıb.
























