Qəzzəyə Yardım və Xilasetmə Təşkilatının sözçüsü Mahmud Basal sionist işğal rejiminin cəmi bir həftə ərzində Qəzzənin məzlum xalqının üzərinə qoyduğu fəlakətin miqyasını açıqlayıb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Basal cümə axşamı günü axşam verdiyi açıqlamada işğalçı ordunun “cəhənnəm qapılarını açan2 əməliyyatı adlandırdığı Qəzzəyə qarşı qəddar İsrail təcavüzünün yeni dalğasının başlamasından bəri uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 50 mindən çox Fələstin vətəndaşının evsiz qaldığını bildirib.
Qəzzəyə Yardım və Xilasetmə Təşkilatının sözçüsü bir hesabatda sionist işğalçıların Qəzzə şəhərinin infrastruktur və yaşayış məntəqələrinə verdikləri geniş dağıntıların təfərrüatlarını belə qeyd edib:
Hündür binaların tamamilə dağıdılması: 7 mərtəbədən çox, ümumilikdə 500 yaşayış məntəqəsi olan 12 yaşayış binası tamamilə dağıdılıb, 10 mindən çox vətəndaş məcburi köçkünə çevrilib.
Daha qısa tikililərin dağıdılması: 7 mərtəbədən az olan 120-dən çox bina (orta hesabla 3 mərtəbə) bombalanaraq dağıdılıb, bu da 7200-dən çox vətəndaşın didərgin düşməsinə səbəb oldu.
Binalara dəyən ziyan: 500-dən çox binaya tam və qismən ziyan dəyib, 30 000-ə yaxın vətəndaş sığınacaqdan məhrum edilib.
Qaçqın çadırlarının dağıdılması: Qəzzdə yaşayan fələstinli qaçqınların yerləşdiyi 600-dən çox çadır dağıdılıb, ən azı 6000 digər vətəndaş isə didərgin düşüb.
İctimai yerlərin dağıdılması: 10 məktəb və 5 məscid tamamilə dağıdılıb.
Qəzzəyə Yardım və Xilasetmə Təşkilatının sözçüsü Mahmud Basal da BMT və beynəlxalq ictimaiyyəti bu vəhşi pozuntuları dayandırmaq və Qəzzə zolağında müdafiəsiz mülki insanları qorumaq üçün dərhal müdaxilə etməyə çağırıb.
Basal, digər tərəfdən, humanitar və yardım təşkilatlarını qaçqınlar üçün alternativ sığınacaq təmin etmək və əsas ehtiyacları, o cümlədən qida, dərman və digər təcili ehtiyacları təmin etmək üçün hərəkətə keçməyə çağırıb.
Bu hesabat cinayətkar sionist rejimin Qəzzənin günahsız əhalisini qırğına davam etdirdiyi və beynəlxalq ictimaiyyətin bu insanlığa qarşı cinayətlər qarşısında susduğu bir vaxtda dərc olunub.