Fələstin müqavimət hərəkatındakı təhlükəsizlik mənbələrinin Qüds Şəbəkəsinə verdiyi məlumata görə, işğalçı ordu yaxınlarda Qəzza zolağının şimalında, Bədəvi kəndi bölgəsində yeni bir casus qrupunu formalaşdırıb və ona təhlükəsizlik tapşırıqları verib. Mənbələrin sözlərinə görə, bu dəstə eyni zamanda Ramallahdakı Fələstin Muxtariyyətinin təhlükəsizlik orqanları ilə də əlaqəlidir və bu əlaqələrə Fələstin Muxtariyyətinin kəşfiyyat zabiti Bəha Baaluşə rəhbərlik edir.
Müqavimət mənbələrinin verdiyi məlumata görə, qrupun əsas vəzifəsi işğalçıya əməliyyatları asanlaşdırmaq və ona birbaşa kəşfiyyat məlumatları təqdim etməkdir. Bəzi yerli ailələr məsələni təhlükəli görərək bu dəstədə iştirak edən övladları ilə əlaqə saxlayıb və nəticədə belə bir razılıq əldə olunub: kim ailəsinə qayıdaraq işğalçı ilə əməkdaşlığı dayandırarsa, ona amnistiya veriləcək.
Lakin yeni qruplaşmaya daxil olan kiçik bir casus qrupu bu çağırışlara cavab verməyib. Müqavimətin təhlükəsizlik mənbələrinin sözlərinə görə, onların sayı on nəfəri keçmir və müqavimətin əlində həmin şəxslərin adları, eləcə də onların bölgədə yerləşən işğalçı ordu zabitlərindən birbaşa göstəriş aldıqlarına dair sübutlar var.
Mənbələrin sözlərinə görə, bu casuslar gördükləri işlərə görə müqavimət tərəfindən işğalçı əsgərləri kimi qəbul ediləcək.
İsrail işğalçı ordusu getdikcə daha çox casus dəstələri formalaşdıraraq onları ərazidə kəşfiyyat aparmaq və bölgeləri təmizləmək tapşırıqları ilə öncədən göndərir, bununla da döyüşlərə qoşulmazdan əvvəl öz itkilərini azaltmağa çalışır. Bu yanaşma, ordudakı itkilərin artması, hərbi planların müqavimət dəstələrinin peşəkar pusqularını zərərsizləşdirə bilməməsi və daxildə tənqidlərin yüksəlməsi fonunda ortaya çıxıb. Bu vəziyyət müharibənin davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı suallar doğurub.
Bu model son vaxtlar Rəfahda tətbiq olunub. İşğalçı ordu bir qrup casusu partlayıcıların və tunellərin yerini müəyyənləşdirmək üçün göndərib. Qəssam Briqadaları həmin qrupun bəzi üzvlərini izləyərək onlara qarşı mina partlatmış, nəticədə ölən və yaralananlar olmuşdur. Bundan sonra “Əbu Şəbab dəstəsi” ölənlərin onlara aid olduğunu elan edib və onları andı.
“Əbu Şəbab dəstəsi” son dövrlərdə önə çıxan əsas nümunələrdən biridir. O, işğalçı ordu və kəşfiyyat üçün təhlükəsizlik və casusluq fəaliyyətində mühüm rol oynayıb. Dəstənin başçısı Yasir Əbu Şəbab, işğalçı ordunun nəzarətində olan bölgələrdə fəaliyyət göstərdiyini etiraf edib.