Xarici KİV-in cümə axşamı səhər saatlarında verdiyi məlumata əsasən, İsrail rejiminin Qəzzə zolağına son bir günlük hücumları zamanı 92 nəfərin həyatını itirdiyini bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimin Qəzzə zolağına cinayətkar hücumları və fələstinlilərin qətli cümə axşamı səhəri beynəlxalq qurumlar və forumların sükutu kölgəsində davam edib.
Tibbi mənbələrə istinadən verilən məlumatda çərşənbə səhərindən cümə axşamı səhərə kimi sionist rejimin Qəzzə zolağına hücumları zamanı 20-si yardım işçisi olmaqla, 92 nəfər şəhid olub.
Qəzzə zolağındakı jurnalistlərdən biri deyib: “İsrail ordusunun artilleriyası Qəzzənin mərkəzində yerləşən Deyr əl-Bələhin şərqində, Qəstal Qüllələri yaxınlığındakı əraziləri atəşə tutub.
Digər xəbər mənbəsi də, həmçinin xəbər verib: “İşğalçı ordu Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərinin şimalında yaşayış binalarını dağıdıb.”