Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi verdiyi bəyanatda digər 89 Fələstin vətəndaşının şəhid olması ilə Qəzzə zolağında şəhid olanların sayının 59 587 nəfərə çatdığını açıqlayıb.
Xarici KİV-in cümə axşamı günü verdiyi məlumata əsasən, Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi bəyanatında ötən 24 saat ərzində Qəzzə zolağında 89 nəfərin şəhid olduğunu, 453 nəfərin isə yaralandığını bildirib.
Fələstin Səhiyyə Nazirliyi qeyd edib ki, bu şəhidləri nəzərə almaqla, 7 Oktyabr 2023-cü ildən indiyə qədər Qəzzə zolağında şəhid olanların sayı 59 587 nəfərə, yaralananların sayı isə 143 498 nəfərə yüksəlib.
Bu açıqlamaya görə, 2025-ci il Martın 18-dən İsrail rejiminin Qəzzəyə qarşı yeni təcavüz dalğasının başlaması ilə Qəzzə zolağında 8 447 nəfər şəhid olub, 31 457 nəfər isə yaralanıb.
Fələstin Səhiyyə Nazirliyindən, həmçinin bildirilib ki, həyatını itirən bir sıra insan hələ də dağıntılar altında yaxud da küçələrdə qalıb. Mülki Müdafiə və xilasetmə qüvvələri bombardmanların şiddətindən onlara yardım edə bilmirlər.
ABŞ-ın dəstəyi ilə İsrail rejimi 7 Oktyabr 2023-cü ildən 19 Yanvar 2025-ci ilə qədər Qəzzə zolağı sakinlərinə qarşı dağıdıcı müharibə aparıb. Bu müharibə geniş dağıntılar və çoxsaylı insan itkiləri ilə nəticələnib, lakin elan etdiyi əsas məqsədlərə – HƏMAS hərəkatının məhv edilməsi və sionist girovların azad olunması – çatmayıb.
19 Yanvar 2025-ci ildə HƏMAS və İsrail rejimi arasında razılaşma əsasında Qəzzə zolağında atəşkəs elan edilib.
İsrail ordusu atəşkəs şərtlərini pozaraq, 18 Mart 2025-ci il çərşənbə axşamı səhər saatlarında Qəzzə zolağına qarşı hərbi təcavüzünü bərpa edib.