İsrail döyüş təyyarələri Qəzzədə tibb mərkəzini və fələstinli qaçqın çadırlarını bombalayıb.
Xəbər agentliklərindən birinin Qəzzədəki müxbiri xəbər verərək bildirib ki, İsrail döyüş təyyarələri Qəzzənin cənubundakı Məvasi və Xan Yunisdə fələstinli qaçqınların yardım mərkəzini (passiv müdafiə) və çadırlarını bombalayıb.
Bazar günü baş verən bu hücumda Qəzzədə çox sayda tibb işçisi, yardım qüvvələri və Fələstin vətəndaşı şəhid olub.
Məlumata görə, hücum əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilib.