Fələstin Səhiyyə Nazirliyi İordan çayının qərb sahilinin cənubunda iki yeniyetmənin şəhid olduğunu açıqlayıb.
15 yaşlı “Əhməd Əsəd Əşirah əs-Salah” və 17 yaşlı “Məhəmməd Xalid Əliyan İsa” Beyt Ləhmin cənubundakı əl-Xidr qəsəbəsində İsrail hərbiçilərinin birbaşa atəşi nəticəsində şəhid olublar.
İsrail hərbiçiləri bir neçə saat ərzində Fələstin təcili yardım və tibb heyəti bu yeniyetmələrə çatmasına mane olduqdan sonra bu şəhidlərin cəsədlərini ələ keçirərək naməlum yerə köçürüblər.
İsrail rejimi bu yeniyetmələrin güllələnməsinə səbəb kimi onların hərbi maşına molotof kokteyli atması olduğunu bildirib.