Qəzzə Mülki Müdafiə sözçüsü Qəzzədə uşaqların sözün əsl mənasında aclıqdan öldüyünü açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə Mülki Müdafiəsinin sözçüsü müsahibəsində deyib: “Bizi məhv edən aclığı dayandırmaq üçün dəfələrlə dünyaya müdaxilə etmək üçün müraciət etmişik. Qəzzə zolağında ağrı, göz yaşı və aclıqdan başqa bir şey yoxdur.”
O, həmçinin bildirib: Biz sizə açıq-aşkar deyirik ki, Qəzzə uşaqları sözün əsl mənasında aclıqdan ölür. Qəzzənin bütün sakinləri olan 2.3 milyon insan bir tikə çörək də tapmır.
Qəzzə Mülki Müdafiə sözçüsü vurğulayıb: Biz dəfələrlə insanları yeni yardım paylama mərkəzlərinə getməməyə çağırmışıq. 18 Martdan bəri yardım almaq istəyən mindən çox fələstinli öldürülüb.
Bu arada Qəzzə Səhiyyə Nazirliyi Qəzzə zolağında aclıq səbəbiylə son 24 saat ərzində 4-ü uşaq olmaqla, 15 nəfərin Qəzzə zolağındakı xəstəxanalarda öldüyünü açıqlayıb.
Qəzzə Səhiyyə Nazirliyi aclıq və qida çatışmazlığı səbəbindən ölənlərin sayının 80-i uşaq olmaqla, 101-ə yüksəldiyini açıqlayıb.