Livan mənbələri şənbə günü bildiriblər ki, İsrailin Nəbatiyyə əyalətində yerləşən əl-Xəyyam şəhərinin şərq hissəsinə hücumu nəticəsində bir Livan vətəndaşı şəhid olub.
Xarici Kİv-in verdiyi məlumata əsasən, Livanın rəsmi xəbər agentliyi vətəndaşın Mərcəiyyun əyalətinin bir hissəsi olan əl-Xəyyamın şərqində yerləşən “Motal əl-Cəbəl” bölgəsindəki yaşayış evinin damında sanitar qovşaqları təmir edərkən hədəfə alındığını bildirib.
Bu hesabatın dərc edildiyi vaxta qədər İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib və akta görə məsuliyyəti üzərinə götürməyib.
İsrail rejimi ilə Hizbullah hərəkatı arasındakı müharibə 8 Oktyabr 2023-cü ildə İsrailin Livana hərbi təcavüzündən sonra başlayıb və 23 Sentyabr 2024-cü ildə 4000-dən çox şəhid və 17 minə yaxın yaralı ilə nəticələnən genişmiqyaslı müharibəyə gətirib çıxarıb.
27 Noyabr 2024-cü ildə tərəflər arasında qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, İsrail bu razılaşmanı 3000 dəfədən çox pozub.
İsrail ordusu bu atəşkəsi pozaraq, Livanın cənubundakı işğal edilmiş ərazilərin yalnız bir hissəsini tərk edib və hələ də Livan torpağında yerləşən 5 strateji təpəni öz işğalında saxlayır.