İsrail qüvvələri Qəzzənin cənub-şərqindəki “Əz-Zeytun” məhəlləsində partlayıcılardan istifadə etməklə geniş söküntü əməliyyatına başlayıb.
İordan çayının qərb sahilində İsrail hərbiçiləri Tülkərm şəhərindəki “Nur Şəms” düşərgəsində Fələstin vətəndaşlarına məxsus evləri yandıraraq, külli miqdarda maddi ziyana səbəb olublar.
Qəzzənin şimalında İsrail rejiminin pilotsuz təyyarəsinin “Şeyx Rizvan Gölü” ərazisinə bomba atması nəticəsində ən azı 3 fələstinli mülki həyatını itirib, bir neçə nəfər isə yaralanıb.