İordan çayının qərb sahilindəki məscidlər getdikcə daha çox işğalçılar və köçkünlər tərəfindən hücumlara məruz qalır, Vəqflər Nazirliyi bu ilin ilk yarısında iyirmidən çox hücumu qeydə alıb.
Xəbər agentliklərindən birinin İordan çayının qərb sahilindəki müxbiri Şadia Bəni Şəmsə bildirib ki, bu pozuntular arasında məscidlərin yandırılması və namaz zamanı onlara hücumlar daxildir ki, bu da bu hücumların Fələstin cəmiyyətinin dini və mədəni kimliyinə təsiri ilə bağlı geniş narahatlıqlara səbəb olub.
İşğalçılar bu hücumlarla əslində İordan çayının qərb sahilindəki insanların qəlbini hədəfə alırlar, çünki minarələrdən azan eşitmək, namaz qılmaq müsəlmanlar üçün ürəkaçandır.
Əlavə olaraq bildirilib ki, işğalçılar Fələstin xalqının dini kimliyini məhv etməyə çalışırlar. Belə ki, bu dövrdə Nablusdakı ən-Nəsr məscidi yandırılıb, Cenin və Tülkərmdəki məscidlər dağıdılıb. Həmçinin İbrahimi məscidində azanın yayımlanması və ibadət edənlərin ora daxil olması qadağandır.
Vəqflər Nazirliyinin məlumatına görə, bu ilin birinci yarısında İordan çayının qərb sahilində 20-dən çox məscid işğalçılar və köçkünlər tərəfindən dəfələrlə hücuma məruz qalıb. Bu hücumlar arasında yanğınlar, məscidlərin qismən dağıdılması, məscidlərə kütləvi basqınlar, Allah evində ibadət edənlərə namaz qılarkən hücumlar, məscidlərin müqəddəs kimliyinə qarşı irqçi şüarlarla təhqir olunması daxildir.
İşğalçılar bu təcavüzlərlə Allah evlərinin nurunu söndürməyə çalışsalar da, məscidlər iman əhlinin qüdrət rəmzi kimi dayanmaqda davam edir.