Sionist rejimin Qəzzə zolağına təcavüzünün davam etdiyi bir vaxtda bölgədə şəhidlərin ümumi sayı 58 667 nəfərə çatıb.
Xarici KİV-in cümə axşamı günü xəbər agentliklərindən birinə istinadən verdiyi məlumata görə, Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində bu bölgədə 94 nəfər şəhid olub və 367 nəfər yaralanıb.
Hesabatda qeyd olunub ki, İsrail rejiminin 18 Mart 2025-ci il tarixindən etibarən yeni təcavüz mərhələsinin başlanğıcından bəri 7 843 nəfər şəhid olub və 27 933 nəfər yaralanıb.
Bu şəhidlərin sayı ilə birlikdə Qəzzədə 7 Oktyabr 2023-cü il tarixindən etibarən və əl-Aqsa Fırtınası əməliyyatının başlanğıcı ilə birlikdə şəhidlərin ümumi sayı 58 667 nəfərə, yaralananların sayı isə 139 974 nəfərə çatıb.
Bununla yanaşı, BMT-nin Fələstin Qaçqınlarına Yardım və Məşğulluq Agentliyinin (UNRWA) media müşaviri Qəzzədəki faciəli vəziyyət barədə məlumat verərək bildirib ki, yüz minlərlə insan aclıq və xəstəlikdən əziyyət çəkir.
Ədnan Əbu Həsənə qeyd edib ki, Qəzzədəki humanitar vəziyyət faciədən sonrakı mərhələyə çatıb və yüz minlərlə sakin qida çatışmazlığı və xəstəliklərlə üzləşib, xidmətlərin tam çöküşü ilə qarşı-qarşıyadır.
O, əlavə olaraq bildirib: Biz indi faciədən sonrakı mərhələ barədə danışırıq. Vəziyyət çox ağır və misli görünməmiş dərəcədə kritikdir, yüz minlərlə insan aclıq və xəstəlik içindədir. Xəstəliklər zəif qidalanma və çirkli, zərərli suyun istifadəsi səbəbindən sürətlə yayılır.
O, həmçinin daxil olan yardımın kifayət etmədiyini qeyd edib və deyib: 17 may tarixindən bəri daxil olan yardım yükü 11 min tondan çox deyil, halbuki bu qədər yardım yalnız bir gün ərzində Qəzzəyə daxil olmalı idi.