Dünən (15 iyul), çərşənbə axşamı İsrailin Livanın şərqində yerləşən Bəqaa bölgəsinə həyata keçirdiyi hava hücumları nəticəsində 12 nəfər, o cümlədən 7 suriyalı şəhid olub, 8 nəfər isə yaralanıb. Hədəfə alınan yerlərdən biri suriyalı qaçqınların düşərgəsi olub. Bu, ABŞ vasitəçiliyi ilə 2024-cü ilin noyabrında əldə edilmiş atəşkəsdən sonra bölgədə baş verən ən qanlı hücum sayılır.
İsrail ordusu hücumların Hizbullahın xüsusi qüvvələri tərəfindən istifadə olunan təlim düşərgələri və silah anbarlarını hədəf aldığını iddia edib. Müdafiə naziri Yisrael Katz bu zərbələrin Hizbullaha və Livan hökumətinə “aydın mesaj” olduğunu bildirib.
Filistin Xalq Azadlıq Cəbhəsi hücumları kəskin şəkildə pisləyərək, bunun sionist rejimin region xalqlarına, xüsusilə Fələstin və Livana qarşı davam edən soyqırım siyasətinin bir hissəsi olduğunu vurğulayıb. Onlar qeyd ediblər ki, bu cinayətlər nə unudulacaq, nə də müqavimət ruhunu zəiflədəcək.