Xəbər mənbələri sionist rejimin Livan ərazilərinə şiddətli hücumları və nəticədə çoxlu sayda insanın şəhid olması və yaralanması ilə bağlı xəbərlər yayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Livanın xəbər agentliklərindən birinin müxbiri İsrail rejiminin döyüş təyyarələrinin Livanın Biqa bölgəsinə etdiyi hücumlardan xəbər verib və bildirib ki, bu hücumlar 10 nəfərin şəhid olması ilə nəticələnib.
Digər bir xəbər TV kanlının müxbiri də İsrail rejiminin bölgəyə üç hava hücumu təşkil etməsi və nəticədə çoxlu sayda şəhid və yaralı olduğunu bildirib.
Livanlı təhlükəsizlik mənbəsi bildirib: İsrailin hücumlarından biri Livanın şərqindəki Vadi Farada quyu qazma qurğusunu hədəf alıb.
Adı çəkilən mənbə İsrailin Livanın şərqindəki Vadi Faraya hücumu nəticəsində 7-si suriyalı olmaqla, 12 nəfərin həyatını itirdiyini açıqlayıb.
Livan xəbər agentliyi həmçinin İsrailin Biqadakı qaçqın çadırına hücumu nəticəsində 12 nəfərin şəhid olduğunu, 8 nəfərin isə yaralandığını bildirib.