İranın Kaşan şəhərinin əhalisi qəsbkar sionist rejimin vəhşicəsinə hücumu nəticəsində şəhid olanların pak cənazələri ilə Darüssəlam şəhidlər məzarlığında ürəkağrıdıcı şəkildə vida mərasimi keçiriblər. Onlar bu mərasimdə İmam Hüseynin (ə) əziz oğlu Həzrət Əli Əkbəri xatırlayaraq sinə vurub matəm saxladılar.
Polkovnik Kərim Əkbəri deyib: Sionist rejimlə 12 günlük döyüşdə 26 Kaşan övladı şəhadətə nail olub ki, bu da bu bölgənin insanlarının İran İslam Respublikasının cəsarətli müdafiəsində fədakarlıq və sədaqətinin simvoludur.
Ümumlikdə şəhid olanlardan 15-nin SEPAH Aerokosmik Qüvvələrindən, 3-nün İİKK-nın Kaşan bölgəsindən və 1-nin isə İİKK Quru Qoşunlarından olduğunu bildirərək əlavə edib: Həmçinin, şəhidlərdən 6-sı mülki, biri isə İslam Respublikası ordusundandır.
Kaşanın Bəsic Müqavimət Qarnizonu komandanı ölkənin digər bölgələrindəki Kaşan şəhidlərinin statistikasına toxunaraq qeyd edib: Kaşan şəhidləri ölkənin müxtəlif bölgələrində, o cümlədən Tehranda 10, Əhvazda 8, Kaşanda 3, Qumda 3, Xomeyndə 2 şəhid olub.