Sionist qəzetlərindən biri yazıb ki, İrlandiya hökuməti işğal olunmuş Fələstin ərazilərində yerləşən yəhudi qəsəbələrində istehsal olunan məhsulların idxalını qadağan etmək qərarına gəlib.
Qəzzədə davam edən sionist soyqırımı fonunda İrlandiya hökuməti həftənin bazar günü Fələstinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən sionist yaşayış məntəqələrində istehsal olunan məhsulların idxalını qadağan edən qanunun icrasına qərar verib.
Bu hesabata görə, İrlandiya Parlamentinin çərşənbə axşamı günü yəhudi məskənlərində istehsal olunan məhsulların idxalını qadağan edən və onların satın alınmasını cinayət hesab edən qanunu yekunlaşdıracağı gözlənilir.
Bu hesabat İyunun 26-da İrlandiyanın Baş naziri Maykl Martinin Brüsseldə keçirilən Avropa Şurasının iclasında Avropa İttifaqını sionist köçkünlərin və İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir, maliyyə naziri Betsalel Smotriçi və Qərb Sahilində zorakılığı artırdıqlarına görə sanksiya etməyə çağırdığı vaxt verilib.
O, həmçinin Qəzzə zolağındakı ağır humanitar vəziyyətdən narahatlığını bildirib və bəyan edib ki, beynəlxalq insan haqları standartlarını həyata keçirmək üçün Avropa İttifaqı daha sərt tədbirlər görməlidir, o cümlədən sionist rejimlə əməkdaşlıq müqaviləsini dayandırmalıdır.
Qəzet yazıb ki, İrlandiya parlamentinin bugünkü qərarı İsrail hakimiyyətinin, xüsusilə İordan çayının qərb sahilindəki Yəhudi Məskənləri Şurasının güclü qəzəbinə səbəb olub.