Qəzzə zolağında olan sionist əsirlərin ailələri bildiriblər ki, Netanyahu bir daha saxta və təhrif olunmuş bir görüntü yaratmağa çalışıb. Sanki hərtərəfli razılaşmaya nail olmaq qeyri-mümkündür. Halbuki bu, məskunlaşmış əhalinin (şəhərcik sakinlərinin) əksəriyyətinin iradəsi ilə açıq-aşkar ziddiyyət təşkil edir.
Qəzzə zolağındakı israilli məhbusların ailələri deyiblər ki, İsrailin baş naziri Benyamin Netanyahu növbəti dəfə hərtərəfli razılaşmanın mümkün olmadığı barədə yanlış təsəvvür yaratmağa çalışıb.
Bəyanatda deyilir: Netanyahu kabineti boş şüarlar və illüziyalar arxasında gizlənib, məhdud və dar düşüncəli siyasi maraqlara görə dəfələrlə girovları azad edə bilməyib.
İsrailli məhbusların ailələri vurğulayıblar ki, həqiqət aydındır və işğal olunmuş ərazilərin sakinlərinin 80%-dən çoxu müharibəni bitirən və bütün məhbusları geri qaytaran saziş istəyir.
Sionist əsirlərin ailələri sonda bəyan ediblər ki, belə bir razılaşmanı qəsdən pozanlar, öz siyasi həyatlarını qorumaq naminə sionist cəmiyyətinin iradəsinə zidd şəkildə hərəkət edirlər.Həmçinin sionist müxalifətin lideri Yair Lapid açıqlamasında deyib: Netanyahu öz koalisiyasını qorumaq üçün maliyyə və daxili təhlükəsizlik nazirləri Smotriç və Ben-Qverə ifrat illüziyalara imkan verir.
Lapid, həmçinin bildiib: Orta təbəqənin sərvətini israf etməkdənsə, müharibəni dayandırın və əsirləri qaytarın.
Həmçinin Knessetin üzvü və Demokratik Partiyanın nümayəndəsi Efrat Raiton açıqlamasında deyib: Netanyahu uğursuz İsrail kabinetinə rəhbərlik edir və məhbusları tərk edib.
Raiton əlavə edib: Bir il əvvəl ordunun keçmiş baş qərargah rəisi və indiki rəis razılaşmanın şərtlərinin yerinə yetirildiyini vurğuladılar, bəs niyə bu müqavilə bağlanmır?
Sionist rejimin qondarma “demokratlar” koalisiyasının rəhbəri Yair Qolan da deyib: Əsgərlərimizin öldürülməsindən sonra biz bu gün (HƏMAS hərəkatı ilə) razılığa gəlməyə və müharibəni dayandırmağa məcburuq.