Qəzza zolağında fəaliyyət göstərən beynəlxalq yardım təşkilatları xəbərdarlıq edirlər ki, işğalçı İsrail körpələr üçün süd əvəzedicilərinin bölgəyə daxil olmasına mane olur və bunun nəticəsində yeni doğulmuş körpələrin ölümü baş verir.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi – “UNRWA”nın məlumatlarına görə, bu ilin əvvəlində atəşkəs dövründə uşaqlar arasında qidalanma pozğunluğu 5.2% təşkil edirdisə, bu göstərici hazırda 10.7%-ə yüksəlib.
Aclıq böhranı xüsusilə uşaqlar arasında daha da dərinləşir. Bu isə körpələr üçün süd əvəzedicilərinin və hamilə, süd verən qadınlar və uşaqlar üçün qida əlavələrinin davamlı şəkildə çatışmaması ilə bağlıdır.
Beynəlxalq yardım təşkilatları təsdiqləyiblər ki, “İsrail”, 18 mart tarixində Qəzzaya qarşı müharibəni yenidən başladıqdan sonra, bu məhsulların bölgəyə daxil olmasına qəsdən maneə yaradır. Onlar bu prosesi, təşkilatlardan uzun müddət tələb edən gömrük icazələrinin alınmasını tələb etməklə həyata keçirirlər.
Yardım təşkilatlarının bildirdiyinə görə, işğalçı İsrail bu yolla onları məcbur edir ki, bu məhsulları birbaşa işğalçı tərəfdən alsınlar. Halbuki, bu məhsulların qiymətləri İordan çayının qərb sahilində, İordaniyada və digər bölgələrdəki qiymətlərlə müqayisədə xeyli yüksəkdir. Bu məlumatları İsrailin “Haaretz” qəzeti də yayıb.
Bəzi beynəlxalq yardım təşkilatları gömrük rüsumlarını ödəyə bilmədiklərini bildiriblər. Bunu ya büdcə çatışmazlığı, ya da işğalçı tərəfdə rəsmi qeydiyyatlarının olmaması ilə izah ediblər. Nəticədə, bu humanitar yardım məhsulları İordaniya, İordan çayının qərb sahili və Aşdod limanında yığılıb qalır.