İsrail rejiminin Qəzzənin şimalındakı Şeyx Rizvan məhəlləsində yaşayış evlərinə hücumu nəticəsində 12 nəfər ölüb, onlarla insan yaralanıb.
Xarici KİV-in tibbi mənbələrə istinadən verdiyi xəbərə görə, işğalçı İsrail qüvvələrinin Qəzzə şəhərinin şimal-qərbindəki Şeyx Rizvan məhəlləsində yaşayış binasına endirdiyi hava hücumu nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu hücumda İsrail döyüş təyyarələri köçkün ailələri üçün sığınacaq olan yaşayış binasını hədəf alıb.
Əş-Şifa tibb mənbələrinin məlumatına əsasən, hücumda onlarla insan da yaralanıb, bəziləri itkin düşüb və onların tapılması üçün xilasetmə və axtarış əməliyyatları həyata keçirilib.
Bu hücum İsrail ordusunun Qəzzə zolağında yaşayış məntəqələrinə qarşı intensivləşən və dinc əhali arasında ağır itkilərlə nəticələnən yeni təcavüz dalğasının bir hissəsidir.