Qəzzədə sionistlərin soyqırım müharibəsi davam edir və İsrail rejiminin cinayətləri, vəhşiliyi nəticəsində fələstinli şəhid və yaralıların sayı artır.
Xarici KİV-in əş-Şifa xəstəxanasındakı tibbi mənbələrə istinadən verdiyi məlumata görə, İsrail rejiminin Qəzzədə dünənki bombardmanları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla, onlarla fələstinli ölüb və ya yaralanıb.
Eyni zamanda, İsrailin pilotsuz təyyarəsinin Qəzzənin şimalındakı Beyt Lahiya şəhəri və şimal-qərbindəki Xan Yunisdəki Həməd qəsəbələrinə hücumu nəticəsində bir neçə fələstinli ölüb və yaralanıb.
Qəzzənin cənub-şərqində Həyy əz-Zeytun məktəbinin artilleriya atəşinə tutulması nəticəsində 20 fələstinli də həyatını itirib və yaralanıb.
Qəzzənin şərqindəki əl-Bureyc düşərgəsinin havadan bombalanması nəticəsində biri uşaq olmaqla, 3 fələstinli şəhid olub. Qəzzənin qərbində yerləşən ər-Rimal klinikasının artilleriya atəşinə tutulması nəticəsində biri uşaq olmaqla, 6 fələstinli həyatını itirib, 15 fələstinli isə yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi də Qəzzənin qida sisteminin çökməsi, bunun regionda aclığı daha da şiddətləndirdiyini və sionist düşmənin ərzaqların Qəzzəyə daxil olmasının qarşısını almasına görə, fələstinli şəhidlərin sayının artacağını bildirib.
Məlumata görə, xüsusilə uşaqlar arasında qida çatışmazlığının səviyyəsi artıb və quru südü tükənmək ərəfəsindədir.
Həmçinin bildirilib ki, qəzzəlilərin 93 faizi qida təhlükəsizliyi ilə üzləşib və səhiyyə sisteminin çökməsi xəstələrin həyatını da təhlükə altına alıb.
Eyni zamanda Qəzzanın Səhiyyə Nazirliyi Qəzzanın laboratoriyaları və qan banklarının qan və onun məhsullarının ciddi çatışmazlığı ilə üzləşdiyini açıqlayıb.