Kütləvi İnformasiya vasitələri Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanıldığını bildirirlər.
İRİB-nin məlumatına əsasən, KİV bildirir ki,Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlarda ilk plana iqtisadi maraqlar çıxır.
“GazeteKars” yazır ki, ilk növbədə söhbət Türkiyə-Ermənistan arasında Qars vilayətinin Akyaka bölgəsində yerləşən “Doğuqapı” və “Alican” sərhəd-keçid məntəqələrinin açılmasından gedir.
Qeyd olunur ki, Akyaka bölgəsində artıq 20 gündür ki, ərazilər minadan təmizlənir.